Bu gün BMT-nin Nyu-Yorkdakı qərargahında təşkilatın Baş Assembleyasının 67- ci sessiyası işə başlayır. SİA-nın xəbərinə görə, foruma 120- dən çox dövlət başçısı və təşkilata üzv olan ölkələrin xarici işlər nazirləri qatılacaq. Azərbaycanı forumda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Ənənəyə sadiq qalaraq forumun ilk günündə öz çıxışı ilə tədbiri ABŞ prezidenti Barak Obama açacaq və məlumata görə, Obama öz çıxışını "Ərəb Baharı" hadisələrinə və müsəlman ölkələrini bürümüş zorakılıq dalğasına həsr edəcək.
Bundan başqa ABŞ prezidenti Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq aləmin qarşısında durmuş çağırışlarına toxunacaq.
Qeyd edək ki, sentyabrın 26-da İran prezidenti Mahmud Əhmədinejad və sentyabrın 27-də İsrailin baş naziri Benyamin Natanyahunun çıxışları diqqət mərkəzində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB