“Azərbaycan media mühiti: mövcud durum və yeni cağırışlar”

“Azərbaycan media mühiti: mövcud durum və yeni cağırışlar”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan media mühiti: mövcud durum və yeni çağırışlar" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfrans "Etik jurnalistika təşəbbüsləri- Azərbaycan" layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil edilib. Tədbirdə Jurnalistlərin Həmkarlar İttifaqı,"Etik jurnalistika təşəbbüsləri- Azərbaycan" layihəsinin koordinatoru Müşfiq Ələsgərli, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyasının təmsilçisi və digər rəsmi qonaqlar iştirak edir.

Qeyd edək ki, sözügedən beynəlxalq konfrans iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə