Rusiyanın Sankt Peterburq şəhərində keçirilən Avropa Şurasının Gənclərə məsul Nazirlərin IX Konfrası keçirilir. Tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransın əsas mövzusu "Gənclərin hüquqlarına müdaxilə" və Avropada innovativ gənclər siyasətinin inkişafıdır. Konfransın açılışında Avropa Şurasının baş katibinin müavini Gabriela Battaini-Dragoni, Rusiya Federasiyasının Təhsil və Elm naziri Dmitriy Livanov və digər rəsmi şəxslər çıxış ediblər.
Açılışda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Rusiya Federasiyasının Təhsil və Elm naziri Dmitriy Livanovun konfransın sədri seçilməsini təklif edib və bu təklif iştirakçılar tərəfindən qəbul edilib. Sonra gənclər siyasətində tanınmış alim, eləcə də BMT-nin Baş Katibinin xüsusi nüməyəndəsi olmuş Ad Melkert əsas məruzə ilə çıxış edib. Məruzədən sonra gənclər və idman naziri Azad Rəhimova söz verilib, o da öz növbəsində məruzəyə dair öz fikirlərini bildirib, eləcə də Azərbaycanda gənclər siyasətində həyata keçirilən yenilikər və nailiyyətlər haqqında iştirakçılara məlumat verib. Konfrans zamanı gənclər tərəfindən aparılmış müzakirələr zamanı irəli sürülmüş yekun təkliflər toplusu nümayiş olunub.
Tədbirin ikinci hissəsi üç işçi qrupunda davam etdiriləcək. Burada Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimov "Fərqli cəmiyyətlərdə birgə yaşayış" mövzusunda işçi qrupunun həmsədri olacaq və mövzu ətrafında çıxış edəcək.
Qeyd edək ki, tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haciyev, ARGTMŞ-nın sədri Şahin Seyidzadə, ARGTMŞ-nın sədr müavini Mirhəsən Seyidov və Azərbaycan Dövlət İqtisad Universitetin Tələbə Gənclər Təşkilatının sədri Nərgiz Hüseynova daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB