“Həyatla oyun”

Gənclər və İdman Nazirliyinin, eləcə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə köməyi ilə "Həyatla oyun" adlı teatr tamaşası hazırlanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tamaşanın premyerası 21 iyun tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.

Tamaşa Narkomaniya və QİÇS-ə qarşı mübarizə baxımından əhəmiyyətli olduğundan, oktyabrın 25-27-də Şabran, Quba, Qusar, Xaçmaz, Xızı rayonlarında nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə