Xocavənd sakinləri qan verdi

Xocavənd rayon Mərkəzi Xəstəxanasında rayonun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı tərtib olunmuş tədbirlər planına uyğun olaraq qan xəstəliyindən əziyyət çəkənlər üçün könüllü qanvermə aksiyası keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Xocavənd rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının birgə keçirdiyi aksiya ilk öncə bir humanitar tədbir olması ilə yanaşı eyni zamanda həmrəylik, mütəşəkkilik nümunəsidir.

Qeyd edək ki, Xocavənd rayonunun bütün müəssisə və təşkilatlarının, təhsil və hüquq-mühafizə orqanlarının əməkdaşlarının mütləq əksəriyyətinin qatıldığı aksiya kütləviliyi ilə seçilib. Qanvermə aksiyasında Rayon İcra Hakimiyyəti başçısı və eləcədə sadə vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak ediblər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə