Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) təşkilatçılığı ilə Azərbaycan Gənclər Fondu və Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramının dəstəyi ilə həyata keçirilən "Avropalıyıqmı?! - Kimlik, İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq tədbir öz işini yekunlaşdırıb. Qeyd edək ki, Berlin, Buxarest və İstanbulda öz işini başa vurmuş tədbirin son hissəsi Bakıda keçirilib. AGAT-dan SİA-ya verilən məlumata görə, Bakıda mövzu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından qovulmuş 1 milyon qaçqın və məcburi köçkünlərin problemi idi.
Tədbirin son günündə avropalı iştirakçılar Bakıda hazırladıqları media fəaliyyətinin təqdimatını etdilər. Ölkəmizdə qonaqların diqqətini cəlb edən və marağa səbəb olan mənzərələrin şəkillərindən ibarət foto sərgi keçirilib. Daha sonra dəyirmi masa arxasına toplaşan avropalı qonaqlar Azərbaycanla bağlı öz təəssüratlarını bölüşüblər. İştirakçılar tərəfindən qeyd olunub ki, tədbirin Azərbaycan hissəsi ən informativ və rəngarəng panelləri ilə yadda qaldı. Azərbaycan haqqında təsəvvürləri tamamilə yeniləndi və tezliklə belə bir tədbirin yenidən Azərbaycanda keçirilməsini istədiklərini xüsusi vurğulayıblar.
Sonda tədbir içtirakçıları Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı çərçivəsində hazırlanmış "Youth Pass" sertifikati ilə təltifləndilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB