Azərbaycan-Türkiyə həftəsi

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə dövlətinin mövqeyi aydındır. Ermənistan işğal etdiyi torpaqlardan qeyri-şərtsiz çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir".

SİA-nın bölgə müxbirinin məlumatına görə, bu fikirlər Azərbaycan-Türkiyə həftəsi çərçivəsində Gəncədə təşkil olunan iki ölkənin Araşdırmalar Mərkəzinin konfransında dilə gətirilib. Tədbirdə qardaş ölkənin millət vəkilləri, ali təhsil müəssisələrinin nümayəndələri, eləcədə digər rəsmilər iştirak edib. Tədbirdə həmçinin bildirilib ki, bu gün hər iki ölkənin prioritet məsəlləri içərisində Dağlıq Qarabağ münaqişəsi mühüm yer tutur. Türkiyə dövləti problemin diplomatik və sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq münaqişə beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazilərinin bütövlüyü ilə həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyünün təmini üçün Türkiyə istənilən köməyi göstərəcək.

Konfransda həmçinin Azərbaycan və Türkiyə arasında digər sahələr barədə də geniş fikir mübadiləsi aparılıb. Siyasi, iqtisadi, sosial məsəllər əsas müzakirə mövzusu olub. Azərbaycanlı diplomatların fikirincə bu cür tədbirlər qardaş ölkələr arasında olan etimadı daha da gücləndirir.

Qeyd edək ki, analoji tədbir ötən il Türkiyə Respublikasında reallaşıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə