Gədəbəy RİH müxalif qəzetlərin yalanını çıxardı

Gədəbəy RİH müxalif qəzetlərin yalanını çıxardı

Bəzi kütləvi informasiya vasitələrində Gədəbəy rayonunun Əlinağılar kənd sakinləri adından rayon rəhbərliyi barədə tənqidi yazı dərc edlib. Həmin yazıda Əlinağılar kənd sakinlərinin məmur özbaşınalığı və haqsızlıqları ilə üzləşdiklərini, kəndlərində torpaq islahatının düzgün aparılmadığını, onların dolanışıq yeri olan kommersiya çadırlarının yığılmasını və eyni zamanda rayonun maliyyə, təhsil, mədəniyyət və səhiyyə sahəsində olan nöqsanlar göstərilib.

SİA məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxlayıb. RİH-dən bildiriblər ki, Əlinağılar kənd ictimaiyyəti adı ilə yazılan həmin yazıdan kənd əhalisinin demək olar ki, heç birinin xəbəri belə yoxdur. RİH başçısı rayonda fəaliyyət göstərdiyi 5 ay müddətində bir neçə dəfə həmin kəndin sakinləri ilə görüş keçirib və onların qaldırdıqları məsələlər yerindəcə həll olunub. Belə ki, Miskinli zonası kimi tanınan bu ərazidə əhalini narahat edən əsas məsələlər Gədəby-Miskinli avtomobil yolunun təmiri və bankomatın olmaması ilə bağlı olub. Hər bir məsələ demək olar ki, qısa müddətdə öz həllini tapıb.

Əlinağılar kənd sakinlərinin kommersiya məqsədi ilə meşə massivində quraşdırdıqları çadırlarların yığılmasına səbəb, həmin şəxslər tərəfindən təbii sərvət olan meşələrin qırılması olub. Onu da qeyd etmək lazımdır ki, həmin kənddə digər kommersiya obyektlərinin fəaliyyətinə müdaxilə edilməyib. Hazırda onlar sərbəst fəaliyyət göstərirlər.

Rayonun maliyyə, təhsil, mədəniyyət və səhiyyə sahəsi ilə bağlı qeyd olunan faktların heç biri həqiqətə uyğun deyildir. Hazırda rayonun 360 şagird yerlik 2 saylı Slavyanka kənd, 180 şagird yerlik Qoşabulaq kənd, 200 şagird yerlik Novosaratovka kənd, 180 şagird yerlik Samanlıq kənd və 480 şagird yerlik Arıqdam kənd tam orta məktəblərində tikinti işləri aparılır.

Rayonda hazırda tikinti-quruculuq işləri geniş vüsət alıb. Belə ki, Gədəbəy şəhərində memarlıq qaydalarına uyğun olaraq tikintilər, küçələrin genişləndirilməsi və asfaltlaşdırılması istiqamətində böyük işlər aparılır. Hazırda uzunluğu 56 km olan Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinə başlanılıb. Bu istiqamətdə işlər davm etdirilir.

Göründüyü kimi rayonumuzda işlər öz ahəngində davam edir. Təssüflər olsun ki, son vaxtlar bəzi müxalifət meyilli qəzetlər bu görülən işəlrin üzərinə kölgə salaraq həqiqətə uyğun olmayan, əsl həqiqəti və mövcud vəziyyəti araşdırmadan, hətta belə vəzifəli şəxslərin ünvanına böhtan xarakterli yazılar dərc etdirməklə məşquldurlar. Onların bu cür iftiraları rayon ictimaiyyəti tərəfindən ikrah hissi ilə qarşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə