“İnsan kapitalı”

"İRƏLİ" Təlim və Karyera Mərkəzi tərəfindən keçiriləcək "İnsan kapitalı" layihəsi 3 ay müddətində davam edəcək. Qurumdan SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi cəmiyyətin öndə gedən liderlərinin vasitəsilə əsl lider üçün tələb olunan bilik və keyfiyyətlərin öyrədilməsi ilə liderlik potensialı olan gənclərin peşəkar səviyyədə formalaşmasına, qısa zamanda özlərini ifadə etməsinə dəstək olmaqdır. Layihədə liderlik, layihələrin idarə olunması, biznes plan, biznesin idare edilməsi və digər mövzularda təlimlər keçiriləcək.

Məlumat üçün bildirək ki, "İRƏLİ" Təlim və Karyera Mərkəzi 01.02.11 tarixindən rəsmi fəaliyyətə başlayıb və əsas olaraq insan kapitalına investisiyanın əhəmiyyətini anlayaraq, gənclərin inkişafı üçün maksimum imkanları özündə birləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə