Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu Rusiya Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutu ilə birgə "Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası" mövzusunda beynəlxalq elmi konfrans keçirib. SİA-nın verdiyi məlumata görə, konfransda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Rusiya Dövlət Sənətşünaslıq İnstitutu direktorunun müavini, fəlsəfə elmləri doktoru, professor Nikolay Xrenov və hər iki İnstitututn əməkdaşları iştirak edib. Konfransda bir çox sənət növlərinin forma və növlərinə, üslublarına diqqət yetiriləcək.
Ərtegin Salamzadə çıxışında Memarlıq və İncəsənət İnstitutunun uzun müddətdir ki əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, bu konfrans iki İnstitutun ilk birgə keçirdiyi konfrans olan "Böyük İpək yolu – Avrasiya mədəniyyətlərinin dialoqu"-nun davamı olaraq həyata keçirilir: "Avrasiya böyük bir qitədir, burada bir çox xalqlar və mədəniyyətlər var. Bu günkü qloballaşma şəraitində hər bir xalq, hər bir mədəniyyət özünü dərk etmək istəyir. Konfransda həm filosflar, həm də kultroloqlar iştirak edir. Tədbir iştirakçılarının əksəriyyəti isə memarlıq və incəsənət üzrə mütəxəsislərdir. Ümid edirim ki konfrans yaxın gələcəkdə öz bəhrəsin verəcək".
Daha sonra memarlıq və incəsənət mütəxəssisləri Dmitri Truboçkin, Tahir Bayramov, Nikolay Xrenov, Fuad Məmmədov və digərləri müxtəlif mövzularda məruzələr oxuyub. Konfrans müzakirələrlə sona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB