DVC-nin rəhbəri 650 gənci əhatə edən beynəlxalq forumda ekspert olub
18–23 sentyabr 2012–ci il tarixlərində Dağıstan Respublikasında, Dağıstan hökümətinin dəstəyi, Respublikanın Gənclər Siyasəti üzrə Komitənin təşkilatçılığı ilə "Kaspi-2012" Gənclər Təhsil Forumu keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, Forumda Şimali Qafqaz regionu respublikalarından, eyni zamanda Azərbaycan və Qazağıstan Respublikalarından ümumilikdə 650–yə yaxın gənc iştirak edib. Forumun əsas məqsədi gənclərin şəbəkələşməsi, qarşılqlı əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Forumda Azərbaycan Respublikasını təmsil edən, DVC-nin ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) rəhbəri Seymur Hüseynov Dağıstan hökümətinin dəvəti ilə təlimçi-ekspert qismində çıxış edib. Təşkilat rəhbəri tədbir zamanı Rusiya Federasiyasının rəsmiləri, deputatlar və gənclər təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB