Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Biznes İşçi qrupunun rəhbəri Asif Səfərli ölkəmizi və təşkilatımızı Rusiyanın Sankt-Peterburq və Petrazavodsk şəhərində keçirilən "Ladoqa və Oneqa arasında" ("Between Ladoga and Onega") təlim kursunda təmsil edir. ATGTİ-dən SİA-ya verilən məlumat görə, təlim kursu "Gənclər fəaliyyətdə" (Youth in action) proqramı çərçivəsində cari ilin 23 – 29 sentyabr tarixlərində keçirilir.
Təlimlər ərzində Avropada könüllülük mövzusunda müzakirələr keçiriləcək, Qərbi və Şərqi Avropa ölkələrində QHT-lər vasitəsi ilə gənclər arasında əlaqələrin qurulması məsələlələri araşdırılacaq. Bu sahədə yeni fəaliyyət platformasının yaradılması müzakirə olunacaq. Eyni zamanda təlim iştirakçılarına "Gənclər fəaliyyətdə" proqramının yenilikləri haqda məlumat veriləcək.
Təlim kursunda Azərbaycanla yanaşı Belçika, Çexiya, Ukrayna, Fransa, Polşa, Almaniya, Türkiyə, Rusiya, Macarıstan, Moldova və başqa ölkələrin gəncləri də iştirak edirlər.
Məlumat üçün bildirək ki, bundan bir müddət öncə Asif Səfərli Polşada keçirilmiş "Gənc Liderlərin 7-ci İqtisadi Forumu"nda iştirak edərək, ölkəmizi təmsil etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB