“Azərbaycanda Türkiyə həftəsi”

“Azərbaycanda Türkiyə həftəsi”

23 - 28 Sentyabr 2012-ci il tarixlərində Azərbaycanda "Türkiyə həftəsi" zamanı Türkiyə və Azərbaycan beyin mərkəzlərinin nümayəndələri, millət vəkilləri, Universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti Gəncə, Lənkəran və Ağdam şəhərlərində rəsmi səfərdə olacaq. SAM-dan SİA-ya verilən məlumat görə, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Dr. Fərhad Məmmədov, APA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı, Mili Məclis Aparatı, Analitik İnformasiya Şöbəsinin müdir müavini Dr. Hatəm Cabbarlı, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Prof. Dr. Bülent Araz, Beynəlxalq Antalya Universitetinin rektoru Prof.Dr.Cihat Göktepe, Yalova Universiteti, Diplomatiya akademiyasının rəhbəri Yrd. Doç. Dr.Nevra Esentürk, Türkiyə XİN SAM-ın nümayəndəsi Sərkan Razi, "Today’s zaman" qəzetinin müxbiri Lamiyə Adılqızı, Milli Məclis, millət vəkili Fazil Mustafa, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Cavid Vəliyev, Azərbaycan Türkiyə İşadamları Birliyinin Şöbə Müdiri Kənan Aslanlı, USAK direktor müavini Prof.Dr. Kamer Kasım, AKP Ankara Millət vəkili Tülay Salamoğlu, Türkiyə XİN SAM, Uludağ Universitetinin müəllimi Yrd. Doç. Dr. Ferhat Pirinççi, SETA, ekspert Ufuk Ulutaş, Türkiyə XİN SAM-ın nümayəndəsi Özcan Gültekindən ibarət nümayəndə heyəti Gəncə şəhərində Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov və Lənkəran şəhərində Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov və universitetin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

Görüşlər zamanı "Tarixdən günümüzə: Türkiyə-Azərbaycan Münasibətləri" və "Azərbaycan-Türkiyə Münasibətləri Regional Kontekstə" mövzuları ətrafında müzakirələr nəzərdə tutulur.

Bu görüşlərin və müzakirələrin keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və Türk ictimaiyyətini Türkiyə və Azərbaycan məsələləri haqqında məlumatlandırmaqdır.

Məlumat üçün bildirək ki, 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Türkiyənin beş şəhərində "Azərbaycan Həftəsi" keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə