Yarımstansiya partladı

Bu gecə Siyəzəndə yarımstansiya partlayıb. SİA-nın xəbərinə görə, gecə saat 04:00 radələrində Siyəzən şəhərində 36 kilovatlıq elektrik yarımstansiyasında güclü yanğın baş verib. Partlayış nəticəsində baş verən yanğını söndürmək üçün 7 yanğınsöndürən maşın cəlb edilib. Yanğınsöndürənlərin 2-si Siyəzən rayonundan, 2-si Xızı rayonundan, 2-si Şabran rayonundan, 1-i isə Sumqayıt rayonundan olub.

Qeyd edək ki, səhər saatlarında söndürülən yanğının ildırım vurması nəticəsində baş verdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə