2012-ci ilin 24-25 sentyabrında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində rəsmi səfərdə olacaq. SAM-dan SİA-ya verilən məlumat görə, səfər zamanı SAM və İtaliyanın aparıcı beyin mərkəzlərindən biri olan Beynəlxalq Siyasi Araşdırma İnstitutu (ISPI) tərəfindən "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar" mövzusunda həyata keçirilən birgə layihə çərçivəsində müzakirələrin aparılması və ümumi tövsiyyələrin hazırlanması planlaşdırılır. Görüşdə SAM-ın direktor müavini G.Paşayeva, İqtisadi təhlil və qloballaşdırma məsələləri şöbəsinin müdiri vəzifəsini icra edən Vüsal Qasımlı və aparıcı elmi işçilər - Gülmira Rzayeva və Kamal Makili-Əliyev iştirak edəcəklər. Səhəri gün Milanın Katolik universitetində SAM-ın ekspertlərinin iştirakı ilə Azərbaycanın xarici siyasətinə həsr edilmiş seminar təşkil ediləcək.
SAM-ın direktor müavini Gülşən Paşayeva və aparıcı elmi işçi Kamal Makili - Əliyev 27-28 sentyabrda Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda (IAI) təşkil ediləcək daha iki tədbirə qatılacaqlar. "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesinin qiymətləndirilməsi" və "Cənubi Tirol muxtariyyəti Post Sovet məkanında münaqişələrin həlli üçün model ola bilərmi?" mövzularına həsr ediləcək bu tədbirlərdə SAM-ın ekspertləri ilə birlikdə Azərbaycanı Qafqaz Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri İradə Bağırova təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB