Azərbaycanda “Türkiyə həftəsi”

Azərbaycanda “Türkiyə həftəsi”

Azərbaycanda "Türkiyə həftəsi" çərçivəsində Lənkəran Dövlət Universitetində konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, konfrans Lənkəran şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və AMEA Lənkəran Regional Elmi Mərkəzinin (LREM) birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvar, Çanaqqala On sekkiz Mart Universitetinin rektoru, professor Sedat Laçiner və başqaları məruzələrlə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə