Bu gün temperatur 8-10 dərəcə aşağı düşəcək
Havalar yavaş-yavaş soyuyur

Bakıda və Abşeron yarımadasında bu gün havanın buludlu olacağı, yağış yağacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 17-20°, gündüz 21-26° isti olacaq. Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 765 millimetr civə sütununadək yüksələcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 11-16°, gündüz 22-27° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, yağış yağacağı gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 12-17°, gündüz 21-26° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında yağış yağacağı gözlənilir, Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Temperaturun gecə 10-15°, gündüz 18-23° olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağış yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-20°, gündüz 21-26°, dağlarda gecə 8-13°, gündüz 15- 20° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə