Qırğızıstan düşmən ölkə elan olundu

Qırğızıstan düşmən ölkə elan olundu

Kipr-Yunan kəşfiyyatının Qırğızıstanda təşkil etdiyi "Kiprli türklərin həbs olunması" əməliyyatı baş tutmadığı üçün yunanlar Qırğızıstanı "düşmən ölkə" elan edib. Yunanıstanın xarici işlər naziri Erato Markulli Qırğızıstanın Türkiyə ilə yaxın əlaqəsi olduğunu ifadə edib. Nəticədə Qırğızıstanı dost ölkələr siyahısından çıxartdıqlarını və rəqib ölkələr siyahısına əlavə etdiklərini açıqlayıb.

Qeyd edək ki, rəsmi Yunanıstan 1996-cı ildə sərhəddi qanunsuz keçərək yunan gənci öldürdüyünə görə, Ərxan Arıklının haqqında verdiyi həbs qərarını yenidən gündəmə gətirib. Kiprli türklərin milliyətçi nümayəndələrindən olan Ərxan Arıklını yunan kəşfiyyatı uzun müddət izləyib və keçən həftə Qırğızıstanda olduğunu öyrənib. Qırğız məhkəməsi isə Arıklını Türkiyənin qərarı ilə sərbəst buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə