Diplomatik orqan rəhbərlərinin 4-cü müşavirəsi keçirilir

Diplomatik orqan rəhbərlərinin 4-cü müşavirəsi keçirilir

Azərbaycan Respublikasının xaricdəki diplomatik orqan rəhbərlərinin 4-cü müşavirəsi öz işinə başlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, müşavirə çərçivəsində müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev diplomatik xidmət orqanlarının rəhbərləri qarşısında çıxış ediblər.

Çıxışlarda nazirliklərin müvafiq fəaliyyət istiqamətləri üzrə həyata keçirilmiş işlər və əldə edilmiş uğurlardan danışılıb. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin regionda və beynəlxalq aləmdə rolunun yüksəldiyi, beynəlxalq nüfuzunun artdığı vurğulanıb.

Həmçinin qarşıda duran məsələlər və çağırışlara toxunulub. Çıxış edənlər rəhbərlik etdtikləri dövlət qurumlarının beynəlxalq əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirildiyini və bu əlaqələrin yaradılmasında Xarici İşlər Nazirliyi və ölkəmizin xaricdəki diplomatik missiyalarının xüsusi rol oynadığını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə