Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 9,2% üstələyərək 11 mlrd. manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, səkkiz ay ərzində pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakininə orta hesabla ayda 149,3 manatlıq və ya 2011-ci ilin eyni dövründəkindən 13,1 manat çox əmtəə realizə edilib.
Pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 6,1%-i hüquqi şəxslərin, 62,4%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrinin, 31,5%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
Pərakəndə ticarət dövriyyəsinin 99,6%-i özəl müəssisələrin fəaliyyəti nəticəsində formalaşıb, bu müəssisələrdə 10,9 mlrd. manatlıq və ya 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 9,3% çox istehlak malları satılıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 1% artaraq 6 174,9 mln. manata, qeyri-ərzaq mallarının həcmi 22,1% artaraq 4 797,5 mln. manata bərabər olub.
Qeyd edək ki, pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84 manatlıq ərzaq, 65,3 manatlıq qeyri-ərzaq malları alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB