İran hərbi hava qüvvələrində istifadə edəcəyi yeni silahların sərgisini keçirib. Sərgi 32 il əvvəl İran-İraq müharibəsinin başlaması səbəbilə Tehranda keçirilən hərbi paradda baş tutub.
"Fars" informasiya agentliyi qeyd edib ki, silahlar Rusiyanın istehsal etdiyi eyni tipli silahlardan 1 addım öndədir. Paradda daha da təkmilləşmiş bu silahların hərbi vertolyotlarla, insan idarəsi olmadan hərəkət edən təyyarələrlə mübarizə aparmaq gücündə olduğu açıqlanıb. "Raad" adlanan hərbi silahların 22 min metr uzaqlıqdakı hədəfləri məhv etmək iqtidarında olduğu bildirilib.
Ölkənin Hərbi Hava Qüvvələrinin Qərargah rəisi İran ordusunun müharibəyə hazırlaşdığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB