Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) fəaliyyətinin yeni istiqaməti olaraq xaricdəki təhsil ocaqları ilə yanaşı yerli universitetlərlə də əməkdaşlığı vacib hesab edir. Xüsusilə xaricdə təhsil alan və məzun olmuş gənclərlə yerli təhsil ocaqlarında təhsil alan gənclər arasında fikir mübadiləsinin aparılması, informasiya və təcrübə mübadiləsinin təşkili və qarşılıqlı olaraq yeni layihələr üzərində birlikdə çalışmağı ASAIF mümkün və faydalı hesab edir.
SİA-nın xəbərinə görə, fəaliyyət istiqaməti üzrə artıq ilk addım atılıb və təşkilatın sədri Ramin Həkimov ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri və Dünya məktəbinin həmtəsisçisi Hamlet İsaxanlı arasında görüş baş tutub. Görüşdə ASAIF ilə Xəzər Universitetinin gələcəkdəki fəaliyyətləri üçün birlikdə əməkdaşlıq quracaqları müzakirə olunub.
Daha sonra Ramin Həkimov Xəzər Universitetinin tələbələri ilə görüş keçirib. Görüşdə ASAIF-in ümumi fəaliyyətindən və gələcəkdə yerli universitetlərdəki tələbələri əhatə edən layihələrdən söz açılıb. ASAIF sədri bu kimi görüşlərin digər universitetlərlə də keçiriləcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB