Dünyanın öndəgedən şirkəti Blackberry yenə çöküb. SİA-nın məlumatına görə, "Blackberry" –nin istehsalçısı RİM şirkəti Avropa , Yaxın Şərq və Afrikada bu telefonun xidmətlərinin çökdüyünü bildirib. Şirkət rəsmiləri verdiyi açıqlamada, telefonun sisteminin çökmə səbəbini hələ bilmədiklərini və araşdırmağa davam etdiklərini bildiriblər. Daha sonra şirkətin saytında qeyd olunan məlumatda "Blackberry"-nin e-mail, internetdə axtarış, Blackberry Messenger xidmətlərində problem olduğu bildirilib.
Qeyd edək ki, şirkət tərəfindən problemlərin araşdırılması davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB