Hökumətlərarası komissiyanın iclası keçiriləcək

Hökumətlərarası komissiyanın iclası keçiriləcək

Cari il Azərbaycanla İtaliya arasındakı qarşılıqlı əmtəə dövriyyəsi xeyli artıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov məlumat verib. O bildirib ki, cari il və ötən ildəki əmtəə dövriyyəsi göstəriciləri arasındakı fərq təqribən 2 milyard dollar təşkil edib: "Hazırda Bakı və Roma arasında qarşılıqlı səfərlərin təşkili üzərində iş gedir. Bu da ikitərəfli münasibətlərin səviyyəsini xeyli artıracaq. Noyabr ayında isə Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclası keçiriləcək. Görüşdə tərəflər humanitar sahə də daxil olmaqla, əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər".

Səfirin sözlərinə görə, Azərbaycan və İtaliya arasında birbaşa aviareyslər mövcuddur ki, bu da əlaqələrimizin ticari-iqtisadi sahəsinin yaxşılaşmasına gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə