Avropalıyıqmı?! - Kimlik, İnteqrasiya, Müstəsnalıq

“Əsas yolumuz sülh yoludur"
Avropalıyıqmı?! - Kimlik, İnteqrasiya, Müstəsnalıq

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) təşkilatçılığı ilə Azərbaycan Gənclər Fondu və Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramının dəstəyi ilə həyata keçirilən "Avropalıyıqmı?! - Kimlik, İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq tədbir öz işini davam etdirir. AGAT-dan SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları Avropa Birliyinn nümayəndəsi Liudas Kolesinskas və Gənclər və İdman Nazirliyi nəzdində olan İctimai Şuranın sədri Nurəddin Mehdiyevlə görüş keçirilib.

Görüşdə Avropa Birliyinin Azərbaycandaki nümayəndəsi Azərbaycan Avropa əlaqələri, Azərbaycanın Şərq tərəfdaşlığı proqramı və Azərbaycanda Avropa kimliyi mövzuları barədə məlumat verib. Daha sonra İctimai Şuranın sədri Nurəddin Mehdiyev ölkədə aparılan uğurlu gənclər siyasəti, gənclər üzrə dövlət proqramları və sosial-siyasi həyatdaki aktivliyindən danışıb. Görüş sual-cavab şəklində davam etdirilib.

Günün 2-ci yarısında AGAT layihə iştirakçılarını qaçqın və məcburi köçkünlərlə iş aparan və fəaliyyət göstərən Qeyri-Hökumət nümayəndələrinin sədrləri ilə dəyirmi masa təşkil edib. QHT rəhbərləri vurğulayıblar ki, hazırda Azərbaycan vətəndaşlarının ən ümdə problemi işğal altında olan Dağlıq Qarabağ və 7 rayonun azad olunmasıdır:"Əsas yolumuz sülh yoludur, amma münaqişə sülh yolu ilə həll olunmasa müharibə istisna edilmir".

Qeyd edək ki, tədbirin son günü, bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda iştirakçıların 21 gün ərzində hazırladıqları media fəaliyyətinin təqdimatı ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə