"Türkiyə Azərbaycanın müstəqilliyini tanıdığı gündən bu günə qədər iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələr inkişaf edir". Bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın ən önəmli milli problemi Azərbaycanın bir parçası Qarabağın və Qarabağla birlikdə 7 rayonun Ermənistan tərəfindən işğal olmasıdır: "Bununla bərabər 1milyon insan 20 ildir ki torpağından, elindən uzaq başqa yerlərdə yaşıyır. ABŞ-ın verdiyi qərara və dünya qanunlarına görə Qarabağ və 7 rayon boşaldılaraq Azərbaycana təhvil verilməlidir. Qarabağın geri qaytarılması təkcə Azərbaycanın problemlərinin həll olunması deyil, həm də bu regionda sülhün yaranması üçün gərəklidir".
H.Çətin bu gün dünyanın bir çox yerlərində münaqişə ocaqlarının olduğunu xatırladıb. Lakin Qafqazın dünyanın ən önəmli bölgələrindən biri olduğunu və burada həll olunmayan Qarabağ adlı böyük bir problem həll olunmadığını vurğulayıb: "Bu probleminin həll olunması Ermənistanın da gələcəyi üçündə önəmlidir. Region ölkələrin, Rusiya və Amerikanın da bu məsələdə həll edici rola malik olması vacibdir. Bundan sonra da ABŞ və Rusiyanın təkidilə, Türkiyənin isə hər zamankı dəstəyilə Qarabağ probleminin həll olunması üçün önəmli addımlar atılmalıdır".
Keçmiş nazir Türkiyə-Ermənistan münasibətlərinə də aydınlıq gətirərək deyib ki, ən azından 5 rayon işğaldan azad olunmadığı müddət ərzində Türkiyə-Ermənistan sərhəddinin açılması üçün addım atılması çətin məsələdir. "Hansısa bir mərhələdə Türkiyədən Azərbaycana qarşı hər hansı bir siyasi addımın atılması və ya qərarın alınması mümkün deyil. Türkiyə sülh, istiqlal və bu nların əldə olunması üçün də Qarabağ probleminin həllini istiyir", - deyə Hikmət Çətin əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB