Əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə təşkil edilən tədbirdə məqsəd əhalinin məşğulluğunu təmin etməkdir. SİA-nın bölgə müxbirinin məlumatına görə, təşkil edilən yarmarkada 70-ə yaxın dövlət və özəl müəssisələridən 400-dən artıq yeni iş yeri təklif edilib. Vətəndaşlara təklif olunan əmək haqqı isə 90 manatdan 700-manatadək dəyişir.

Sabah saatlarından başlayan əmək yarmarkasında mindən artıq vətəndaş iştirak edib. İş axtaran şəxslər lövhələrdə vurulan vakant iş yerləri təklif olunan əmək haqqı ilə tanış olublar. Elanları qane edən şəxslər isə sözügedən müəssisələrin rəhbərlərinə yaxınlaşaraq müraciət edib. Ümumilikdə son illərdə idarə və müəssisələrdə boş iş yerlərinin gizlədilməsi halları da artıq aradan qaldırılıb.

Bildirək ki, növbəti analoji əmək yarmarkası qərb bölgəsinin digər rayonlarında da təşkil olunacaq.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə