Rektor öz sözünü dedi!

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakıda Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının rəhbərlərinin 4-cü müşavirəsi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyevin iştirakı ilə baş tutan toplantı çərçivəsində "Qlobal siyasi tendensiyalar və onların regiona təsiri" mövzusunda müzakirələr aparılıb.

Müşavirə çərçivəsində Azərbaycan Diplomatiya Akademiyasında tədbir keçirilib. ADA-nın rektoru Hafiz Paşayev 4 il boyunca bu ali məktəbdə təhsil alan və uğurla bitirən diplomatların nəticələrdən razı qaldığını deyib. Onun sözlərinə görə, hər hansı bir ali təhsil ocağı yaradılırsa, hər kəs onun nəticələrinin yüksək olmasına çalışır. H.Paşayev qeyd edib ki, artıq bugün Azərbaycan Diplomatik Akademiyası öz sözünü deyib və buranı uğurla bitirən tələbələr müxtəlif səfirliklərdə, diplomatik korpuslarda işlə təmin edilir. Bu gün artıq universitetdə dünyanın 19 ölkəsindən tələbələrin təhsil alması onun beynəlxalq inkişafından da xəbəb verir.

Qeyd edək ki, hazırda Azərbaycanın 55-ə yaxın ölkədə 70-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Xaricdəki Azərbaycan diplomatlarının müşavirəsi isə 2004-cü ildən keçirilir. Sonuncu belə toplantı 2008-ci ildə olub və həmin müşavirədə Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın xarici siyasəti hücum xarakterli olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə