Millət vəkili Qənirə Paşayevaya Avropa Qəzetçilər Dərnəyinin Türkiyənin Antalya şəhərində keçirdiyi tədbirdə "İlin ən yaxşı millət vəkili", türk xalqlarının birləşməsi və inkişafı naminə xidmətlərinə görə Türk Dünyasına Xidmət xüsusi mükafatı təqdim edilib
Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan bölməsinin rəhbəri Afaq Fərzəlibəyovanın bildirdiyi kimi, Avropa Qəzetçilər Dərnəyi 11-ci Mediya Ödülləri, İlin ən yaxşıları Mediya Ödülləri ilə bağlı keçirilən tədbirdə Qənirə Paşayeva Türk xalqlarının birləşməsi və inkişafı naminə xidmətlərinə görə Türk Dünyasına Xidmət xüsusi mükafatı ilə təltif olunub. SİA-nın məlumatına görə, Azərbaycan və Türkiyənin ümummilli lideri Heydər Əliyevin dediyi kimi "bir millət, iki dövlət" olduğunu vurğulayaraq təqdimat mərasimində çıxışına başlayan millət vəkili Qənirə Paşayeva mükafata görə təşəkkürünü bildirib. Bu ödülün onun üçün çox böyük dəyər daşıdığını söyləyib. Çıxışına "Mən harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir türkün vətəni sayılan gözəl Azərbaycan və Azərbaycan xalqını dünyanın bir çox yerlərindən bu mərasimə qatılmış bütün bacı-qardaşlarımıza salam və sevgilərini çatdırıram", - deyən başlayıb.
Millət vəkili son günlər qardaş Türkiyədə baş verən terror hadisələri zamanı şəhid olan qardaşlarımızı xüsusilə yad edib: "Azərbaycan və Azərbaycan türkləri olaraq bütün şəhidlərimizə Allahımızdan rəhmət diləyirik, şəhidlərimizin ailələrinə, yaxınlarına başsağlığı verir və səbr diləyirik. Millətimizin başı sağ olsun!" Biz bir millət, iki dövlətik, bizim sevincimiz kimi ağrı-acımız da birdir. Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də Azərbaycanın yanında olub və olacaq. Bunu bütün dünya, bizi sevənlər və sevməyənlər də bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da tək ürək kimi bir-birinə dəstək verərək daha da inkişaf edəcək və bizi zəiflətmək istəyənlərin arzuları hər zaman ürəklərində qalacaq".
Millət vəkili vurğulayıb ki, harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir türk insanı türk dünyasının güclənməsi, birliyinin, həmrəylinin möhkəmlənməsi üçün yorulmadan çalışmalıdır: "Bizim birimizin gücümüz və güclənməmiz hamımızın gücü və güclənməsi deməkdir. Türkiyənin gücü və güclənməsi Azərbaycanın və digər türk kökənli dövlətlərimizin və toplumlarımızın gücü və güclənməsi, Azərbaycanın gücü və güclənməsi isə Türkiyənin və digər türk kökənli dövlətlirmizin və toplumlarımızın gücü və güclənməsi deməkdir. "Azərbaycanın Türk dünyasının güclənməsi, birliyi və bərabərliyi istiqamətində gördüyü işlərdən danışan millət vəkili Qənirə Paşayeva bildirib: "Mən əminəm ki, Türk dünyası, onun birliyi və bərabərliyi getdikcə daha da güclənəcək və biz hamımız bunun üçün əlimizdən gələni etməliyik. Birimizin ağrısı, acısı, hamımızın ağrısı, acısı, birimizin sevinci və xoşbəxtliyi, hamımızın sevinci və xoşbəxtliyi olmalıdır.
Millət vəkili Qənirə Paşayeva çıxışında Qarabağ probleminə xüsusi toxunub: "Mən bilirəm ki, bizim hamımız üçün Azərbaycan torpaqlarının, bizim və sizin vətəninizin 20%-nin Ermənistanın işğalı altında olması ciddi narahat edir. Mən bilirəm ki, bu mükafatı təsis edənlərin, türk dünyası sevdalısı qardaş-bacılarımız və burada iştirak edən bütün Türk dünyası sevdalısı dəyərli millət vəkili, aydın, sənətçi qardaş-bacılarımız başda olmaqla, bizim hamımızın ən böyük arzusu, istəyidir ki, gələn il bu mükafatlandırma mərasimini birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndimizdə, Xocalımızda, Şuşamızda və digər cənnət bölgələrimizdə keçirək. Mən əminəm ki, o gün uzaqda deyil və biz birlikdə buna nail olacağıq. Mən sizə də, özümə də, bütün millətimizə də bu xoşbəxtliyi yaşamağı arzulayıram. İnşallah, Qarabağda görüşənədək!"
Qeyd edək ki, mükafatlandırma mərasimində Azərbaycan millət vəkili Ceyhun Osmanlı da "İlin millət vəkili", Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Azərbaycanda göstərdiyi xidmətlərə görə "İlin səfiri", Gülnarə Xəlilova "İlin modelyeri", Taleh İmanov "İlin gənc iş adamı", Tünzalə Ağayeva "İlin azərbaycanlı sənətçisi" adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB