AFFA-nın 2 gün əvvəl FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012 ilə bağlı Milli Parkda təşkil etdiyi Fan Zonanın açılışında xalq artisiti Aygün Kazımovanın çıxış etməməsi söz-söhbətə səbəb olub. Dünən bəzi yerli saytlarda müğənninin qızlardan ibarət milli yığmamıza dəstək üçün yazdırdığı "Qol" mahnısının və klipinin Azərbaycan Futbol Federasiyaları Asossiasiyaları (AFFA) tərəfindən bəyənilmədiyi və son məqamda müğənni ilə razılaşmayan təşkilatçıların xalq artistinin çempionat ərəfəsində nəzərdə tutulan xidmətlərindən, eləcə də "Qol" mahnısından vaz keçiblər və "Fan Zone"nin açılışında Aygün Kazımovanın çıxışı gözlənilsə də, ona səhnəyə çıxmağa icazə verməyiblər.
Müğənninin özü isə portalların birinə xəbərin doğru olmadığını deyib. AFFA-nın mətbuat xidməti də A.Kazımova ilə problemlərinin olmadığını bildirib. Ancaq "Qol" mahnısının taleyinə aydınlıq gətirməyib.
P.S. Maraqlıdır, niyə müğənnilər kimi isə yamsılamağa çalışır. Dünya şöhrətli müğənniləri təlqin etmək, səriştəsiz yamsılamaq sanki dəb halını alıb. Olmazmı ki, nə Tarkan, nə Sibel Can, nə Lopez, nə də Şakira olaq? Elə özümüz olaq, bütün əyər-əskiyimizlə birgə. Şakiranın futbol üzrə Dünya Çempionatı -2010-un himni kimi qəbul edilmiş "Waka-waka" mahnısı bütün xalqların dilində əzbər oldu. Ölkəmizdə keçirilən 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının mahnısının da biz məşhur olmasını istəyirik. Amma zəif musiqi, zəif bəstə ilə çempionata getmək olmaz. Bir də ki, Aygün Şakira deyil axı...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB