Bağbanların yaralı yeri...

Qubada meyvə yığımında müəyyən problemlərlə üzləşən bağbanlar builki alma məhsulunun zay olması onları narahat edir. Həm meyvənin keçənilkinə nisbətən 15-20 % az olması, həm də almanın xarab, qurdlu olması bağbanları narahat edir.

Uzun illərdir bağbanların yaralı yeri olan bağ dərmanlarının keyfiyyətsiz olması bağban ailələri üçün əməlli-başlı problemə çevrilib. Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun aparıcı elmi işçisi Mədət Qurbanov bildirir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində bu məsələ qaldırılmalıdır. Azərbaycanda dərmanla məşğul olan "EMA" şirkətidir ki, Azərbaycanda bağçılığa dərman preparatlarını gətirir. Ancaq bu dərmanlar ildən-ilə bağbanların məhsullarına ciddi ziyan vurur.

Bağbanlar söhbət zamanı bildiriblər ki, Sovet dönəmində bağlara 3-4 dəfə artıq dərman səpirdilər. Bu da məhsulu keyfiyyətli edirdi. Ancaq islahatlar gedəndən sonra bağların paylanılması "Hərə öz bağına istədiyi kimi dərman səpə bilər",- hüququnu verib. İndi isə bağbanlar bağlarına 18-20 dəfə dərman preparatını səpməyə məcburdur. Əks halda məhsul zaya çıxır.

Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinin sabiq sözcüsü Ənvər Əliyev bildirib ki, o vaxtla indinin arasında böyük fərq var. Sovet dövründə bağlara səpilən dərman keyfiyyətli idi. Həm də dərmanlar Azərbaycanın 9 iqlim qurşağında yerləşməsi nəzərə alınmaqla hazırlanırdı. İndi isə həmin dərmanlardan əsər əlamət yoxdur.

Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnustutunun aparıcı elmi işçisi Mədət Qurbanov bildirib ki, Sovet dövründə bağlara briqadir hektarlarla bağlara baxırdı və dərman səpini birdən-birə gün ərzində bütün bağlara birdən səpilirdi. İndi isə bu səpin növbələrlə aparılır. Bunun üçün də bağlarda olan ziyanvericilər yumurtalarını dərman atılan yerlərdən, atılmayan yerlərə daşıyırlar. Bu da səpinin keyfiyyətini öldürür. Əslində bütün bağlarda birdəfəlik profilaktik qaydada səpin bir yerdə aparılmalıdır ki, ziyanverici kəpənəklər heç yerə qaça bilməsin. Şimal bölgəsində 33 min 406 hektar meyvə bağı var ki, bunun da 70 % faizini alma bağları təşkil edir.

"Artıq meyvələrin yığımı olsa da meyvələrin dərman preparatlarından zay olması bağbanları narahat edir. Bu il həm alıcılıq qabiliyyətinin aşağı olması, həm də meyvə məhsulunun qurdlu olması bağbanları işini çətinə salıb.. Bağbanlar alma məhsulunu qonşu Rusiya bazarlarına satmaq istəsələr də, 10 il bundan əvvəlki kimi sata bilmirlər. Sərhəd gömrüyündə ƏDV-nin baha olmasına görə də narahatdırlar. Bu isə dövlət səviyyəsində həll olunan bir məsələdir",- dəyə Mədət Qurbanov bildirir.

Qeyd edək ki, ötən ilin statistik hesablamalarına görə, 14300 hektar bağdan 100000 ton meyvə yığıldığı halda, bu ilki göstəricilər aşağı olacağı artıq bəllidir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə