Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni saytının yaradılması ilə bağlı təkliflərin qəbul olunması və loqo seçimi üçün müsabiqə elan olunması məqsədilə mətbuat konfransı keçirilib. Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli ilk dəfə dövlət qurumunun öz loqo müsabiqəsini küçirmək üçün qeyri hökumət təşkilatı ilə birgə əməkdaşlıq etdiyini bildirib: "Dövlət Komitəsinin loqo müsabiqəsihnin təşkilini Müasir İnkişaf İctimai Birliyi həyata keçirəcək".
Loqonun konsepsiyası barədə məlumat verən İB sədri Mübariz Göyüşlü loqonun Azərbaycanda müxtəlif dinlərin mövcudluğunu, onların təmsilçilərinin dinc, birgə yaşayışını, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin tolerantlıq modelini tərənnüm etməli, dünyada nümunə ola biləcək şəkildə tanıtmalı və təbliğ etməli olduğunu qeyd edib: "Loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi məqamlar öz əksini tapmalıdır. Müsabiqədə 35 yaşa qədər yaradıcı və fəal gənclər iştirak edə bilər. O da qeyd edilib ki, loqonun eskizi A4 formatda kağızda və CD disk şəkilində təqdim edilməlidir. Müsabiqənin qalibi 500 manat və Dövlət Komitəsinin diplomu ilə mükafatlandırılacaq. Müsabiqə cari ilin oktyabrın 5-dək keçiriləcək".
Həmçinin O.Əli dini icmaların mətbuat və ictimaiyyətin ehtiyac duyulduğu məlumatları daha asan və dəqiq şəkildə tapması üçün Dövlət Komitəsi yeni rəsmi saytının hazırlanmasına qərar verildiyini də deyib. Onun sözlərinə görə, dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təkliflərini irəli sürə bilərlər: "Saytda ölkənin müxtəlif yerlərində mövcud olan dini icmaların elektron xəritələri də yaradılacaq. Həmçinin Komitəyə vətəndaşların bir başa müraciəti də təmin olunacaq. Onlar Komitənin sədri ilə də vətəndaşlar bir başa əlaqə saxlaya biləcəklər. Saytın təqdimat mərasimi Komitənin sədri Elşad İskəndərovun iştirakı ilə oktyabrda keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB