"Rəqs Klubu"

"İRƏLİ" Mədəniyyət və İncəsənət Mərkəzi rəqslərə marağı olan gənclər üçün yeni layihəyə - "Rəqs Klubu"na start verib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, klubun məqsədi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, mədəni inkişaflarının təmin olunması, onların milli və dünya rəqsləri haqda məlumatlandırılmasıdır.

"Rəqs Klubu"nun fəaliyyəti çərçivəsində rəqs dərslərinin, festivalların keçirilməsi planlaşdırılıb. Rəqs klubunda milli, avropa, latın-amerikan, müasir və digər rəqslərin təlimi təşkil olunacaq. İlk olaraq "Argentina tangosu" dərslərinin keçirilməsi nəzərdə tutulub.

Dərslər peşəkar rəqqaslar tərəfindən keçiriləcək.

Qeyd edək ki, layihə 2 ay müddətində davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə