Bu gün Bakıda Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının rəhbərlərinin 4-cü müşavirəsi öz işinə başlayır. SİA-nın verdiyi xəbərə görə, prezident İlham Əliyevin iştirakı ilə baş tutacaq toplantı çərçivəsində "Qlobal siyasi tendensiyalar və onların regiona təsiri" mövzusunda müzakirələr aparılacaq.
Müşavirədən öncə xarici işlər naziri Elmar Məmmədyarov, nazirlik rəsmiləri və xarici ölkələrdə fəaliyyət göstərən diplomatlar Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstəsi qoyublar.
Daha sonra onlar Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edərək məzarı üzərinə güllər düzüblər.
Daha sonra nazir Elmar Məmmədyarobun rəhbərliyi ilə qonaqlar Şəhidlər Xiyabanına gələrək vətən uğurunda canında keçmiş şəhidlərin xatirəsini yad ediblər. Sonda nazir Şəhidlər Xiyabanında xiyabanda olan "Əbədi məşəl" Abidə Kompleksi önünə əklil qoyub.
Qeyd edək ki, hazırda Azərbaycanın 55-ə yaxın ölkədə 70-dən artıq diplomatik nümayəndəlyi fəaliyyət göstərir. Xaricdəki Azərbaycan diplomatlarının müşavirəsi isə 2004-cü ildən keçirilir. Sonuncu belə toplantı 2008-ci ildə olub və həmin müşavirədə prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın xarici siyasəti hücum xarakterli olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB