Bu günün tarixi, tarixin bu günü

1380 - Kulikovo döyüşü. Knyaz Dmitri Donskoyun rəhbərliyi altındakı rus qoşunu monqol-tatar qoşunları üzərində qələbə çalmışdır. Rusiyada Döyüş rəşadəti günü kimi qeyd olunur.

1493 - Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Şah İsmayılın, sonra isə onun oğlu şah Təhmasibin zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.

1529 - Sultan Süleyman Qanuni Vyananı mühasirəyə almışdır.

1792 - Fransada Qanunverici Məclis kral hakimiyyətini ləğv etmişdir.

1858 - Hindistanda Babur İmperiyası süquta uğramışdır.

1860 - alman filosofu Artur Şopenhaur vəfat edib. (d. 1788).

1936 – sabiq Moskva meri Yuri Lujkov anadan olub.

1943 - Livan Fransadan müstəqilliyini əldə etmişdir.

1949 - Mao Tsedun Çin Xalq Respublikasının yarandığını elan etmişdir.

1950 – aktyor Bil Myurrey anadan olub.

1964 - Malta İngiltərədən müstəqilliyini əldə etmişdir.

1971 – aktyor Lyuk Uilson anadan olub.

1978 - İsraillə sülh sazişinə görə Suriya, Əlcəzair, Liviya və Fələstin Azadlıq Təşkilatı Misirlə əlaqələrini kəsmişlər.

1979 - Mərkəzi Afrika Respublikasının diktatoru Jan Bedel Bokassa taxtdan salınmışdır.

1981 – aktrisa Nikol Riçi dünyaya gəlib.

1983 – aktrisa Meqqi Qreys anadan olub.

1991 - Ermənistan müstəqilliyini elan etmişdir.

1991 - Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsinin sahmanlanmasına vasitəçilik etmək təşəbbüsü ilə Bakıya gəliblər. Bakıdakı görüşlərdən sonra Dağlıq Qarabağa (Xankəndiyə), oradan isə İrəvana gedən Rusiya və Qazaxıstan rəhbərləri sentyabrın 23-də Celeznovodskda (Rusiya) Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünü təşkil etdilər.

1992 - Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindəki Rusiya (keçmiş SSRİ) Sərhəd Qoşunlarının sonuncu hissələri bölgəni tərk etməyə başlayıblar.Naxçıvandakı 75-ci motoatıcı diviziyanın çıxarılması barədə Rusiya hərbçiləri ilə razılaşma Naxçıvan Ali Məjlisinin rəhbəri Heydər Əliyevin səyləri ilə avqustda əldə olunmuşdu.

1993 - Milli Məclisin qərarı ilə Azərbaycan ərazisində 1993-cü il aprelin 2-dən (Kəlbəcərin işğalından sonra Xalq Cəbhəsi hakimiyyəti tərəfindən tətbiq olunmuşdu) qüvvədə olan fövqəla-

də vəziyyət rejimi ləğv olunub.

2003 - BMT Beynəlxalq Sülh Gününü təsis etmişdir.

2004 - Bakıda "Yoxsulluğun aradan qaldırılması üzrə strategiya haqqında" beynəlxalq konfrans keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə