Ağdamın kəndləri atəşə tutulub

Ağdamın kəndləri atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Agdam rayonunun işğal olunmuş Şıxlar, Cəvahirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy rayonuınun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə