ATƏT baş katibi səfir Lamberto Zannier ilə TÜRKPA baş katibi arasında görüş keçirilib
Bu gün ATƏT-in Vyana Ofisində ATƏT baş katibi səfir Lamberto Zannier ilə TÜRKPA baş katibi Ramil Həsənov arasında ikitərəfli görüş keçirilib. TÜRKPA-dan SİA-ya verilən məlumata əsasən, ATƏT-in Daimi Şurasında iştirakı və çıxışına görə TÜRKPA baş katibinə təşəkkür edən Lamberto Zannier iki təşkilat arasındakı əməkdaşlığın gücləndirilməsi və inkişafından məmnun olduğunu dilə gətirib. Həmçinin Lamberto Zannier Mərkəzi Asiya regionu, Əfqanıstan və digər region ölkələri ilə əlaqələrin sıxlaşdırılmasında, Əfqanıstanda sabitliyin və sülhün bərpa olunmasında, mövcud münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində TÜRKPA-nın mükəmməl platforma olacağını vurğulayıb.
TÜRKPA baş katibi səmimi qəbula görə ATƏT baş katibinə xüsusi təşəkkürünü bildirib,parlamentdiplomatiyasının qlobal dialoqun tərkib hissəsi kimi bütün konfliktlərin, münaqişələrin həll oluna bilməsində effektiv bir platforma olaraq istifadə edilə biləcəyini vurğulayıb.
O cümlədən Ramil Həsənov Əfqanıstanda sülhün bərqərar olunması, münaqişələrin danışıqlar yolu ilə həll olunması istiqamətində TÜRKPA üzv ölkələrinin səylərini davam etdirdiyini və bu istiqamətdə TÜRKPA-nın ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, görüşün sonunda TÜRKPA baş katibi tərəfindən ATƏT baş katibinə xüsusi xatirə hədiyyəsi təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB