Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "
- Son günlərdə Ramil Səfərovun Azərbaycana qaytarılmasi və əfv edilməsi xəbəri Birləşmiş Ərəb Əmirliyində necə qarşılandı? Sizin yaşadığınız ölkədən bu hadisələr necə görünür?
- Bildiyiniz kimi, Birləşmiş Ərəb Əmirliyinin və xüsusilə Dubay Əmirliyinin siyasəti belədir ki, onlara birbaşa aid olmayan məsələlərə qarışmır və münasibət bildirmirlər. Yalnız bu o demək deyil ki, biz sakit oturub vəziyyəti kənardan izləməliyik. BƏƏ-də yaşayan hər bir həmvətənimiz Ramil Səfərovun azad olmasına çox sevindi və sərəncam imzalanan gün dövlət başçısının bu addımına cəmiyyətimizin adından təşəkkür məktubu göndərildi. Bu məsələni yaşadığım ölkədə müzakirəyə çıxarmaq, günahkarın və həqiqi səbəbkarının kim olduğunu yerli dövlət rəsmilərinə və ictimaiyyətə bildirmək məqsədilə prezidentin imzaladığı fərmandan 4 gün sonra siyasətçilərin, alimlərin, ekspertlərin və KİV nümayəndələrinin iştirakı ilə Dubayda konfrans təşkil etdim. Konfransda Qarabağ probleminin yaranma səbəbləri, kimlərin dəstəyi ilə bu problemin son 200 il ərzində təkrarlanması və ermənilərin nə zaman Azərbaycan torpaqlarına muhacirət etməsi və hansı səbəblərdən bunun baş verməsi məsələləri müzakirə edilib. Ərəb dünyasında minlərlə oxucu auditoriyası olan rəsmi dövlət qəzeti Al-Bayanın yüksək vəzifəli əməkdaşının da tədbirdə iştirakı və məqalə dərc etməsi təsadüfü deyildi. Qəzetin yarım səhifəsində jurnalist yazısında nəinki tədbirdə olanları, eyni zamanda, bu problemi təhlil etmiş və problemin arxasında nələrin və kimlərin durduğunu böyük məharətlə oxuculara təqdim edib. Bundan əlavə, rəsmi dövlət qurumlarında istər siyasi, istərsə güc strukturlarında da görüşlər keçirərək bu problemlə bağlı müzakirələr apardım. Hətta cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə də görüşərək orada olan həmvətənlərimizin vəziyyəti ilə maraqlandım. Hazırda 2 həmyerlimiz Dubayda cəza çəkir və onlardan biri yaxın 2-3 gün ərzində əfv edildiyi üçün vətənə dönəcək. Sualınıza cavab olaraq onu deyə bilərəm ki, ərəb ölkələri ictimaiyyətinə müəyyən qədər bu məsələ haqda obyektiv məlumat verilib.
- Son günlər Ramil Səfərovun azad edilməsindən sonra Azərbaycana qarşı təhdidlər artıb. Hətta Ermənistanın terror təşkilatı olan ASALA Azərbaycanın diplomatik korpuslarına təhdid dolu məktub göndərib. Sizcə, bütün bunlar Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?
- Azərbaycan xalqı mərd və cəsarətli, Azərbaycan dövləti bu gün qüdrətli və hər bir təhdidin cavabını verməyə qadirdir. Keçirdiyimiz bu tədbirlərin və görüşlərin də arxasında bizi hədələyənlərə faktiki olaraq onların yerini göstərmək dururdu. Bizi hədələməklə əksinə ermənilər öz həqiqi simalarını dünyaya daha aydın açırlar. Bu gün hər bir azərbaycanlı istər diplomat, istərsə vətəndaş və ya xaricdə yaşayan siravi vətəndaş prezidentin qərarını şərəflə və uca səslə dəstəkləməlidir. Müxalifət liderlərinin də Ramil Səfərovla bağlı verdiyi qərarlar düşmənlərimizə və onların arxasında duran qüvvələrə göstərdi ki, milli məsələ ortaya qoyulduqda Azərbaycan xalqı birdir və bizi məğlub etmək mümkün deyil.
- Ümumiyyətlə, bir diaspor təşkilatının rəhbəri və nümayəndəsi kimi necə düşünürsünüz. Bu gün sizin təhlükəsizliyiniz lazımı səviyyədə qorunurmu və Azərbaycan bu istiqamətdə hansı işlər görməlidir?
- Deyərdim ki, əksinə biz dövlətimizin təhlükəsizliyini görməliyik və bunu nəyin bahasına olursa olsun etməliyik və edirik. Vətən və dövlət başçısının yolunda ölmək ən böyük şərəfdir. Son günlər biz bir daha şahid olduq ki, prezidentimiz lazım olan anda dediyi kimi bizim yanımızdadır. Bu gün bizim əsas vəzifəmiz bizi parçalamağa, aramıza nifaq salaraq bir-birimizi küsdürməyə izin verməməyimizdir.
- Ramil Səfərovun əfv edilməsinə beynəlxalq təşkilatlar və dövlətlərin münasibəti birmənalı olmadı. Hətta Avropa Parlamenti onunla bağlı qətnamə qəbul edərək Azərbaycana bir sıra təkliflər irəli sürüblər. Sizin fikrincə, onların belə münasibətinə səbəb nə idi?
- İlk səbəb odur ki, istər qərb dövlətləri, istər ABŞ və ya Rusiya Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılmasının səbəkarlarıdır. Onlar öz siyasətlərinə qarşı çıxa bilmirlər. Bu səbəbdəndir ki, son 20 ilə yaxındır ATƏT-in Minsk qrupu Qarabağ problemini həll edə bilmir. Onlar üçün 1 erməni hərbçisinin ölümü 10 minlərlə dinc azərbaycanlı insanın ölümündən daha faciəlidir. Bizim də bu məsələdə böyük günahımız vardır. İstər Azərbaycanda fəaliyyət göstərən QHT, istərsə xaricdəki rəsmi təmsilçiliklərimiz və ya dünya azərbaycanlıları, müxalifət partiyaları BMT-yə, Avropa Şurasına, insan haqları təşkilatlarına və digər təşkilatlara ayda 100 minlərlə şikayət məktubu yazmalıdır. Biz təmsil olunduğumuz beynəlxalq təşkilatlarda Qarabağ məsələsinin müzakirəyə çıxarılmasını və ədalətli həll edilməsini tələb etməliyik. Müraciət edib yox cavabı alıb sakit oturmamalı, bunu təzyiqlər altında həyata keçirməiliyik. Heç bir dünya təşkilatı və ya dövləti xalqın haqlı tələbinə və təzyiqinə davam gətirə bilməz. Yuxarıda qeyd etdiyim kimi milli məsələlərdə hamı prezidentin ətrafında bir sırada durmalı və bacardığı köməyi etməlidir. Yalniz bu yolla bu günki problemlərdən qurtara biləcəyik.
- Sizin fikrinizcə bütün bu məsələlər bölgədə yeni münaqişə ocağının yaranmasına səbəb ola bilərmi?
- Fikrimcə xeyr. Çünki dünya gözəl bilir ki, ermənilər həm zəif, həm də haqsız tərəfdir. Müharibə başlayacağı təqdirdə onlar məğlub olacaq. Bu isə qərbin və Rusiyanın maraqlarında deyil. 2-ci yol isə 90-cı illərdə olduğu kimi yenə 3-cü ölkənin müharibəyə müdaxilə edib. Azərbaycanı məğlub etməyə cəhdi ola bilər. Bu yalnız Rusiya deyil, digər ermənipərəst ölkə də ola bilər. Bu səbəblərdən istər ABŞ, istərsə Rusiya problemin sülh yolu ilə həllinə üstünlük verir. Onlar çalışir ki, ədalət bərqərar olsa da ermənilərin də böyük maraqları nəzərə alınsın.
- Yaxın gələcəkdə planlaşdırdığınız işlər və həyata keçirəcəyiniz layihələr barədə məlumat verərdiniz....
- Bu suala hər zaman eyni cavabı verirəm. Azərbaycanda hər gün gündəmdə duran məsələ bizim də iş planlarımıza daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB