Şəmkir rayonunda Dövlət Neft Şirkəti işçilərinin peşə bayramı qeyd olunub. SİA-nın bölgə müxbirin xəbərinə görə, tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsi ziyarət olunub. Qeyd edək ki, respublikanın hər yerində olduğu kimi Şəmkir rayonunda da qaz təsərrüfatının yenidən qurulması işləri davam etdirilir. Artıq rayonun 5 mərkəzi küçəsində qaz xətlərinin yenidən çəkilişi işləri yekunlaşıb. Yer üstü daşıyıcı və paylayıcı qaz xəttləri politelin borularla əvəzlənərək yeraltına salınıb. Şəmkir rayon Qaz İstismarı Sahəsinin rəis müavini Araz Mustafayev SİA-ya bildirib ki, layihəyə uyğun olaraq Şəmkirdə 20 km küçə qaz xəttləri 315 və 250 mm-lik politelin borularla əvəzlənəcək.
"Rayon mərkəzində bir pilləli qaz xəttinin çəkilişinin ardından ilk dəfə olaraq abonentlərin mənzillərinə smart tipli qaz sayğaclarının quraşdırılması da həyata keçiriləcək. Ayrıca rayonun Bayramlı və Muxtariyyə kəndlərinin mavi yanacaqla təmin olunması istiqamətində işlər davam etdirilir" - deyə A.Mustafayev əlavə edib. Bildirək ki, hazırda qərb bölgəsinin ən iri aqrar rayonlarından olan Şəmkirdə 32.700 abonent mavi yanacaqdan istifadə edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB