Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən "Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, jurnalistlər üçün təşkil olunan brifinqdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və İslahatlar şöbəsinin müdiri Töhfə Cəmilova mövzu ilə bağlı təqdimatla çıxış edib.
USAİD-in maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin rəhbər müavini Kəmalə Rəhimova bildirib ki, bu tədbir Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin artıq 3-cü brifinqidir. Onun sözlərinə görə, daha öncəki brifinqlər vərəm və onunla bağlı stiqma, və ana südü ilə qidalandırma mövzularında keçirilib.
İSİM-in şöbə müdiri Töhfə Cəmilova mövcud vəziyyət və həyata keçirilən işlər barədə ətraflı məluamtg verib. O bidlirib ki, qeyri-infeksion xəstəliklər ümumi risk faktorlarını özündə əks etdirən xroniki xəstəliklər qrupudur. Bunlara qan dövranı sisteminin, xroniki tənəffüs xəstəlikləri, yenitörəmələr (onkoloji xəstəliklər, şəkərli diabet və travmalar daxildir.
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, 2010-cu ildə dünyada ölüm hadisələrinin 60%-i qeyri-infeksion xəstəliklərlə bağlı idi. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2010-cu ildə Azərbayacnda ölüm hallarının 80%-i əsas qeyri-infeksion xəstəliklərdir. 2010-2010-ci illər ərzində qeyri-infeksion xəstəliklərlə bağlı ölümün 15% artması proqnozlaşdırılır. Azərbaycanda ölüm hallarının 51%-i ürək-damar xəstəlikləri, 17%-i yoluxucu, analıq və perinatal qida çatışmazlığı, 11%-i xərçəng, 10%-i digər xroniki xəstəliklər, 4% həm zədələnmələr, həm də tənəffüs orqanlarının xroniki xəstəlikləri, 3%-i şəkərli diabetin payına düşür. QİX-in risk faktorları davranış və bioloji olur. Davranış risk faktorlarına tütündən istifadə və tüstüsünə məruz qalma, alkoloqqu içkilərdən ifrat istifadə, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik, bioloji risk faktorlarına isə yüksək qan təzyiqi, qanda şəkərin artması, artıq çəki daxildir", - deyə o əlavə edib.
Tədbirin davamında 12 martda elan olunan "Vərəmlə bağlı stiqmaya qarşı mübarizə" mövzusunda keçirilən jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanacaq və qaliblərə mükafatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB