Park Bulvarda AVM-də "Hacı Nuranın 1000 dostu" aksiyası olacaq
Dostumuza dəstək olaq!
Xəzər TV-də illərdir ki, şəfqətli siması, gülən gözləri ilə yüzlərlə insana mənəvi dəstək olan aparıcı Hacı Nuranın səhhətində ciddi problem yaranıb. Həmişə başqalarının köməyinə tələsən, acısına məlhəm qoymağa çalışan qardaşımızın indi bizlərin yardımına ehtiyacı var. Nuran Hüseynov hazırda Avstriyanın Vyana şəhərində xərçəng diaqnozu ilə müalicə olunur. Müalicəsi üçün 100.000 avro həcmində maddi vəsait tələb olunur. Ola bilər bu məbləğ kimlərəsə çox böyük görünsün, "bacarmarıq, bizim 50 – 100 manatımızla nə olacaq ki?" – deyə ruhdan düşsünlər. Xeyr, Nuran bizə xəstəliklərlə necə mübarizə aparmağın sirrini açmamışdımı? Güc birlikdədir, əziz dostlar! Biz Nuranın 1000 etibarli dostunu axtarırıq! Park Bulvarda sentyabrın 22-si saat 17.00-da Nuran və bu xəstəlikdən əziyyət çəkən digər jurnalist həmkarımız İlhamə Kərimovaya onları nə qədər sevdiyimizi sözdə deyil, əməldə göztərək! Xərçəng nə qədər dəhşətli düşmən sayılsa da, onu yenəcək qüvvə var – o minlərlə dostun sevgisinə məğlub olmağa məhkumdur!
Hər kəsdən yardımını əsirgəməməyi, dostlarına da xəbər verməyi xahiş edirik. Yardım etmək istəyənlər üçün:
Bank rekvizitləri
Client: HUSEYNOV NURAN NARİMAN OGLU
Current account: AZ72ACAB00001012242000117645
İBAN: AZ07ACAB0001009242000305108
AccessBank Sabail Branch
BAKU CITY, 15 RASUL RZA STR.
SWIFT: ACABAZ22
CHIPS UID: 402004
Correspondent Bank: Deutsche Bank NY
Correspondent account: 04418228
SWIFT: BKTRUS33
CHIPS: 0103
ABA: 021001033
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB