Avropa İnkişaf Bankı Azərbaycanda qeyri-neft sektorunda o cümlədən özəl sektorda fəaliyyət göstərən ən böyük investir bankıdır. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilən "Azərbaycan maliyyə sektorunda gender bərabərliyinin təşviqi" layihəsi çərçivəsində AYİB-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil MakKeyn SİA-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, layihənin məqsədi qadınların kredit mütəxəssisləri və sahibkarlıq rolunu artırmaqdır. Qeyri neft sektoru və özəl sektorda qadınların sahibkarlıq rolu getdikcə artmaqdadır: "Seminarda əsas məqsəd qadınların maliyyə imkanlarına çıxışını örgənmək və maliyyə təşkilatları tərəfindən bunların müzakirə olunmasından ibarət idi. Bu gün burada bizim başladığımız seminar əslində uzun müddətli əməkdaşlığın başlanğıcı üçün bir görüş idi".
Nil MakKeyn həmçinin bildirib ki, bu lahiyə bir neçə il ərzində davam edəcək.
Qeyd edək ki, bu layihə Avropa Yenidən Qurma İnkişaf Bankı tərəfindən maliyyələşdirilir, Frankfurt Maliyyə və Menecment məktəbi tərəfindən icra olunur. 2012-ci il sentyabrın 20-dən başlanan layihə bir neçə il davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB