Kompyuter tarixi bir ünvanda!

Kompyuter tarixi ilə bağlı məlumatları bir yerə toplamaq məqsədilə yeni sayt hazırlanıb. SİA-nın xəbərinə görə, artıq http://www.comphistory.info saytı rəsmi olaraq istifadəyə verilib. Layihə Kompyuter tarixinin zaman şkalası (http://www.comphistory.info) hazırda 1939-cu ildən 2012-ci ilədək olan kompüter tarixini araşdırır. Gələcəkdə 1939-cu ilədək məlumatları sayta daxil etmək planlaşdırılır. Həmçinin qeyd edək ki, 1939-2012-ci illəri əhatə edən zaman şkalasında hələ ki bəzi illər aktiv deyil (məlumat yazıldıqda aktivləşəcək). Kompyuter tarixinin zaman şkalası il və kateqoriya üzrə hazırlanıb.

Layihə http://www.computerhistory.org/timeline/ saytının ideyası əsasında hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə