BMT müraciət qəbul edib

Ümumdünya Sülh Günü münasibəti ilə BMT müraciət qəbul edib. SİA müraci təqdim edir:

"Ümumdünya Sülh Günündə, Birləşmiş Millətlər Təşkilatı dünyanın hər yerində hərbi əməliyyatların tamamilə dayandırılmasına çağırır. Biz eyni zamanda dünyanın hər yerində insanları yerli vaxtla günorta qurbanları – həlak olmuş insanları, o cümlədən sağ qalmış, lakin travma və ağrı-acıya dözmək məcburiyyətində olanları bir dəqiqəlik sükutla yad etməyə çağırırıq.

Bu ilki Ümumdünya Sülh Gününün mövzusu "Davamlı İnkişaf Naminə Davamlı Sülh"dür.

Silahlı qarşıdurmalar davamlı inkişafın ən əsas sütunlarını sarsıdır.

Təbii resurslar müharibələri maliyyələşdirmək üçün deyil, cəmiyyətin rifahını yaxşılaşdırmaq üçün istifadə olunmalıdır.

Uşaqlar orduya deyil, məktəbə getməlidirlər.

Dövlət büdcələri məhvedici silahların hazırlanmasına deyil, insanların əqli qabiliyyətlərin artırılmasına yönəlməlidir.

Ümumdünya Sülh Günündə mən bütün müharibə edən tərəfləri münaqişələrə dinc həll yolları tapmağa səsləyirəm.

Gəlin hər kəs üçün təhlükəsiz, ədalətli və çiçəklənən gələcək uğrunda mübarizə aparaq".

Bütün xəbərlər Facebook səhifəmizdə