Yardım rekord həddə çatıb

May ayında İtaliyanın Emilia-Romaqna, Lombardiya və Veneto bölgələrində baş verən zəlzələyə görə Avropa Komissiyası sözügedən ölkəyə 670 milyon avro dəyərində yardım təklif edib. SİA-nın verdiyi məlumata görə, Avropa Komissiyasının üzvü Johannes Hahn: "Bölgənin yenidən inkişaf etməsi üçün humanitar yardım etməliyik" -deyə bildirib.

Hahn həmçinin onu da qeyd edib ki, Avropa Komissiyası yarandığı vaxtdan bu günə qədər heç bir ölkəyə 670 milyon dollar məbləğində yardım ayırmayıb. Yardımın İtaliyaya tam şəkildə 2012-ci ilin sonu 2013-cü ilin əvvəlində çatdırılacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə