Son günlər bəzi çap və elektron informasiya vasitələrində Xaçmaz şəhərinin H.Z.Tağıyev küçəsində rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi ilə əlaqədar ərazidə sahibkarlıqla məşğul olan adamlar üçün problemlərin yaradılması barədə bəzi yazılar gedib. SİA-nın Şimal bürosunun müxbiri məsələyə aydınlıq gətirmək üçün İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Məlum olub ki, həqiqətən də göstərilən ünvanda Xaçmaz rayon İcra Hakimiyyəti üçün 2 mərtəbəli yeni inzibati bina inşa edilir. Yeni binanın qarşısında, rayon mədəniyyət və istirahət parkında, ötən il ölkə prezidenti tərəfindən açılışı həyata keçirilmiş Xalça Muzeyinin 2 mərtəbəli binası yerləşir: "Bu muzeyin binası hazırda Xaçmazın ən gözəl binalarından biri olmaqla, arxitekturasının zənginliyi ilə respublikamızda mövcud bir çox gözəl binalarla müqayisə oluna bilər. Parkı və İcra Hakimiyyətinin yeni inzibati binasını ayıran H.Z.Tağıyev küçəsinin kənarında bir neçə ictimai iaşə obyekti fəaliyyət göstərir. Bu obyektlər əsaslı tikinti deyil, yüngül konstruksiyadan quraşdırılmış köşklərdir və əsasən yay mövsümündə parkın ərazisində insanlara xidmət göstərirlər.
Yeni inzibati binanın inşa olunması bu ərazidə bəzi dəyişikliklərin həyata keçirilməsi zərurəti yaradıb. Binanın fasadının parka və Xalça Muzeyinə baxması gələcəkdə burada keçiriləcək rəsmi və bayram tədbirlərində xüsusi önəm daşıya bilər. Lakin bir neçə il bundan əvvəl quraşdırılmış həmin ictimai iaşə obyektləri artıq ərazinin ümumi görüntüsü ilə uyğunsuzluq yaradır".
İH-dən həmçinin bildirildi ki, sözügedən obyektlərin sahibləri özləri təşəbbüslə çıxış edərək, onlara məxsus yüngül konstruksiyalı materialdan quraşdırılmış obyektlərin rekonstruksiya olunmasını təklif ediblər: "Müvafiq rayon qurumları tərəfindən həmin iş adamlarına onlara münasib torpaq sahələri təklif edilib və sənədləşmə işi aparılıb. Obyekt sahiblərinin məsələ ilə əlaqədar heç bir narazılığı və şikayəti yoxdur. Ümumiyyətlə, yazılarda qeyd olunanlar həqiqətə uyğun deyil".
Mətbuatda həmçinin qeyd olunur ki, bəzi sahibkarlara öz obyektlərini sökərək, yerində 2-3 mərtəbəli obyektlərin tikilməsi əmr edilib. İH-dən isə bildirilir ki, həqiqətən də Xaçmaz şəhərində günün tələblərinə cavab verməyən, primitiv ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin bir çoxu sıradan çıxıb, onların əvəzinə müasir tələblərə cavab verən obyektlər tikilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB