Bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonunda aksiya keçirilməsi ilə bağlı məlumatlar yer alıb. SİA Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. İH-dən bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil: "Rayonun Mərkəzi bazarının heç bir giriş qapısı bağlanmayıb və icra hakimiyyətinin inzibati binasının qarşısında 19 sentyabr 2012-ci il tarixdə və əvvəlki günlərdə sahibkarlar tərəfindən etiraz aksiyası keçirilməyib.
Qeyd edirik ki, bəzi kütləvi informasiya vasitələrində gedən yazılar son vaxtlar rayonda geniş vüsət almış abadlıq və quruculuq işlərinə kölgə salmaq məqsədi güdən qüvvələr tərəfindən yerləşdirilib, heç bir həqiqətə əsaslanmayan böhtan xarakterli fikirlərdir. Bir daha bildiririk ki, bəzi kütləvi informasiya vasitələrində guya etiraz aksiyasının işıqlandırılması ilə bağlı yerləşdirilən fotoşəkillər Beyləqan rayonunda çəkilən fotoşəkillər deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB