"İlin millət vəkili”

Ceyhun Osmanlı "İlin millət vəkili" oldu

Azərbaycan Milli Məclisinin üzvü Ceyhun Osmanlı "İlin millət vəkili" mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, Türkiyənin Antaliya şəhərində baş tutan mükafatlandırılma mərasimində millət vəkilinə mükafat təqdim edilib.

Avropa Qəzetçilər Dərnəyi tərəfindən təşkil olunan mərasimdə "İlin ən yaxşıları" mükafatlandırılıb. Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da mükafata layiq görülüb. O, "İlin ən yaxşı səfiri" adı ilə təltif olunub.

Qeyd edək ki, "İlin ən yaxşıları" mükafatı Avropa Qəzetçilər Dərnəyi tərəfindən hər il müxtəlif sahələrdə uğur qazanan insanlara verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə