TÜRKPA ATƏT-in Daimi Şurasında çıxış edəcək

TÜRKPA ATƏT-in Daimi Şurasında çıxış edəcək

TÜRKPA baş katibi ATƏT-in Daimi Şurasında xüsusi qonaq olaraq çıxış edəcək

TÜRKPA baş katibi Ramil Həsənov bu gün ATƏT-in Daimi Şurasının sədri və İrlandiyanın ATƏT yanında daimi təmsilçisi səfir Eoin O'Learinin dəvəti əsasında ATƏT-in Daimi Şurasında xüsusi qonaq olaraq brifinq verəcək.

TÜRKPA Baş Katibi 56 ölkənin ATƏT yanında akredditə olunmuş səfirlərinin və ATƏT-in baş katibinin iştirak edəcəyi Daimi Şuranın toplantısında TÜRKPA-nın yaranması, fəaliyyəti, strukturu, beynəlxalq parlamentlərarası əməkdaşlıq çərçivəsində atdığı addımlar, bugünə qədər qəbul etmiş olduğu deklarasiyalar, Türkdilli dövlətlər və digər region ölkələri arasında əlaqələrin hər sahədə gücləndirilməsi istiqamətində oynadığı və oynayacağı rol barədə fikirlərini çatdıracaq.

TÜRKPA və ATƏT əməkdaşlığı, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq və bunun parlament diplomatiyasının imkanlarından istifadə etməklə regionda sülhün, stabilliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində oynaya biləcəyi mühüm rol barədə fikirlər TÜRKPA baş katibi tərəfindən iştirakçıların diqqətinə çatdırılacaq.

Regiondakı mövcud münaqişələrin həlli istiqamətində parlament diplomatiyası və ənənəvi diplomatiyanın beynəlxalq təşkilatlar vasitəsilə ortaq hərəkət planının qlobal dünyada ancaq müsbət nəticələr verə biləcəyi də TÜRKPA baş katibi tərəfindən xüsusi vurğulanması planlaşdırılır.

Daha sonra TÜRKPA baş katibi Daimi Şuranın üzvlərini maraqlandıran suallara cavab verəcək.

Qeyd edək ki, səfər çərçivəsində TÜRKPA baş katibini beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov müşaiyət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə