"İRƏLİ" İqtisad Mərkəzi maliyyə üzrə təlimlərin başlanmasını elan edir
"İRƏLİ" İqtisad Mərkəzi "İRƏLİ" üzvləri üçün maliyyə üzrə təlimlərə start verir. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, maliyyə sahəsi üzrə təlimlər "Qarant Invest" şirkətinin əməkdaşları tərəfindən keçiriləcək.
Təlimlər Forex (valyuta bazarı) sahəsi ilə əlaqədar olacaq. İştirakçılar "Qarant İnvest" şirkətinin "Qarant FX" brendli elektron platformasından istifadə etmək qaydaları, Forex bazarının analizi və bu bazarda vəsaitlərin qazanma metodları ilə tanış olacaqlar. Təlimlər "Qarant İnvest" şirkətində keçiriləcək və 1 həftə müddətində davam edəcək. Sonda yekun imtahan keçiriləcək və imtahandan yalnız uğurla keçən şəxslər sertifikat əldə edəcəklər.
Qeyd edək ki, layihə iki təşkilat tərəfindən anlaşma memorandumunun imzalanması nəticəsində həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB